Hanyang Universiteti

Hanyang Üniversiteti
한대, HYU
Xəritə
37°33′23″ şm. e. 127°02′40″ ş. u.
Əsası qoyulub 1939
Ölkə
Sayt hanyang.ac.kr
hanyang.ac.kr/web/eng
hanyang.ac.kr/web/chn
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hanyang Universiteti (Koreya: 한양대학교) — Cənubi Koreyanın Ansan və Seul şəhərində yerləşən özəl tədqiqat universiteti.[1]

Hanyang (한양, 漢陽) Çoson krallığı dövründə istifadə edilən paytaxt Seulun keçmiş adından irəli gəlir.[2] Universitet 1939-cu ildə mühəndislik məktəbi kimi yaradılıb və ölkədə mühəndislik və memarlıq proqramları təklif edən ilk kollec olub.

Hanyang Universiteti ardıcıl olaraq Cənubi Koreya universitetləri arasında STEM[3] sistemi üzrə ən yaxşı universitetlər arasında yer alır.

Universitet hər il 3000-dən çox xarici tələbə qəbul edir və hər il 3300-dən çox tələbəni xaricə oxumağa göndərir. 2018-ci ilə kimi Hanyang Universitetinin 76 ölkədə 777 tərəfdaş universiteti var idi.[4]

Universitet təsiri, zənginliyi və reytinqlərinə görə Cənubi Koreyanın ən prestijli universitetlərindən biri hesab olunur.

  1. "Hanyang Univ, Erica Campus introduction". hanyang University. December 19, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 20, 2018.
  2. "Arxivlənmiş surət". 2015-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-22.
  3. "Arxivlənmiş surət". 2023-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-22.
  4. "Hanyang at a Glance 2018". Hanyang University. March 15, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-15.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search